Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: "Bir an yadımdan..." - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağır xəsarət almaqdan son anda xilas olmuş müğənni Mətin Hüseynzadə (Madteen) avtoqəzadan danışıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ifaçı bu sözləri deyib:
"Ötən gün bədbəxt hadisə baş verdi. Avtoyumada maşınımı avtoyuma əməkdaşı ilə təmizləyirdik. Anidən bir avtomobil gəlib, mənim maşınıma çırpıldı. Avtoyuma əməkdaşı xəsarət aldı. O, indi xəstəxanada reanimasiyadadır. Fikrim, ağlım ancaq onun yanındadır. Mən qəzadan bir addım hərəkətlə qurtuldum. Avtomobil məni vurub kənara atdı. Ayağımı itirə və ya yanımdakı qardaşla mən də reanimasiyaya düşə bilərdim. Dualarınızı həmin gəncdən əsirgəməyin. Çünki onun iki övladı var. Qəza bizə onu öyrədir ki, sükan arxasında olanda ehtiyatlı olmaq lazımdır. Hadisədir, heç kim istəməzdi, belə olsun".
---------
13:11
İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi "Opel" markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.
Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan "Changan" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.
-------
10:00
Sosial şəbəkələrdə yayılan qəza görüntüsü diqqət çəkib.
Milli.Az bildirir ki, sözügedən videoda müğənni Mətin Hüseynzadənin (MadTeen) son anda ölümdən xilas olması əks olunub. Hərəkətsiz vəziyyətdə dayanan nəqliyyat vasitəsinin arxasında dayan gənc oğlan isə şanslı olmayıb.
Belə ki, taksi xidməti göstərən avtomobil idarəetməni itirərək digər maşına çırpılıb.
Qəzanın anbaan görüntüsünü təqdim edirik:
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir





