Hadisə

Bakıda binada yanğın olub - VİDEO

20 İyun 2024 18:41
Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur, bina zədə görməyib.

---------

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsinin yaxınlığında güclü partlayış səsi eşidilib.

Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

İlkin məlumata görə, hadisə yaşayış binalarından birində qeydə alınıb. Partlayışdan sonra binada güclü yanğın başlayıb.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.