Hadisə

"Mercedes" aşdı - Xəsarət alanlar var

27 Sentyabr 2024 20:30
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı xəsarət alanlar - Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Musatayeva, Rəvan Məhərrəmov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara dərhal təcili təxirə salınmaz lazimi tibbi yardım göstərilib, səhhətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.