Aparıcı 2 yaşlı qızının ölümündən DANIŞDI: "Uşağımı xəstəxanaya..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə 2 yaşlı qızının Səbail rayonu ərazisində yerləşən "Candy Kids" adlı özəl uşaq bağçasında dünyasını dəyişməsindən danışıb.
Milli.Az bildirir ki, o, Qaynarinfo-ya açıqlamasında hadisə barədə bunları deyib:
"Özüm də tam anlaya bilmirəm ki, nə baş verib. Mənə hələ indi çatır ki, körpəm vəfat edib. Deyirlər uşaq anadangəlmə ürək qüsurlu olub. Ekspertizanın cavablarını araşdırmağa çalışıram. Amma uşaq anadan olandan 3 gün sonra çek-up, dopler etdirmişəm. Dabandan iliyinə qədər analizlər götüzdürmüşəm. Üç ay əvvəl öskürürdü. Həkim müayinəsi etdirdim. Heç bir qüsur çıxmadı. Anlaya bilmirəm nə məsələdir".
Həmid Əsədzadə övladının yıxılması ilə bağlı deyilənlərə də münasibət bildirib:
"Yıxılıb, amma xəsarət yoxdur. Özündən gedərək yerə yıxılıb. Daha sonra ağlamağa başlayıb. Uşağı ayağa qaldırıblar. Anlaya bilmirəm... Görüntülərə də baxa bilmirəm".
Həmid Əsədzadə bildirib ki, uşağın nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən keçirilib:
"Anası razı deyildi, amma dedim ki, uşaq müayinə olunsun. Cavabları tam 15 gündən sonra çıxacaq. Övladım 3-4 ay idi ki, sözügedən bağçaya gedirdi. Anası ilə eyni yerdə çalışdığımız üçün bağça bizim işimizə daha yaxın idi. Gün ərzində kamera ilə də izləyirdik. "Candy Kids" uşaq bağçasını ər-arvad işlədir. Onları dərindən tanımıram. Hadisə baş verəndən sonra uşağı poliklinkaya (xəstəxanaya) bağçanın aşbazı çatdırıb. Dünən sorudum ki, bəs uşağın müəllimi harda olub? Dedilər rayona gedib. Uşaqlara aşbaz baxırmış. Buna çox əsəbləşdim. Xəstəxanaya bağçadan heç kim gəlməyib. Bu məni çox əsəbləşdirdi. Dedim ki, bəlkə siz nəsə bilirsiniz, gəlin deyin. Bağça rəhbərliyi cavab olaraq dedi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına izahat verirmişlər. Onlar daha sonra məscidə gəldi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





