Hadisə

Bakıda boya sexində yanğın tam söndürüldü - YENİLƏNİB - VİDEO - FOTO

27 Sentyabr 2024 16:14
Baxış: 2 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

--------

14:55

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olub.

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd Trend-ə bildirib ki, Bakı şəhər, Xətai rayonu, NZS qəsəbi, S.Əhmədov küçəsində yanğın baş verməsi nəticəsində bir nəfər (qadın cinsli) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir. Vəziyyəti orta-ağırdır.

-------

14:55

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

----------
14:52


Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.

----------
14:29

Xəbərə video əlavə olunub.



Milli.Az axar.az-a istinadən bildirir ki, yanğının boya zavodunda baş verdiyi bildirilir.

Yanğınla əlaqədar "Xəzər TV"nin binası da daxil olmaqla yaxınlıqdakı tikililərdən vətəndaşlar təxliyə edilib.

------------
14:15

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən Milli.Az-a cavab olaraq bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

13.54

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Milli.Az-a  verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

-----------
13:42


Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.