Bir neçə gün əvvəl yıxılaraq əlini zədələyən Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva səhhəti ilə bağlı açıqlama verib.
Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçinin xanımı instaqram səhifəsində post paylaşıb.
Nərgiz bildirib ki, həkimlər ona bir müddət əzilmiş əli ilə iş görməməyi tövsiyyə ediblər:
"Bakıdakı həkimlərin də məsləhəti ilə əlimi heç tərpətməməliyəm. Etməli olduğum masterklassı təxirə salıram. Amma çox yox cəmi 1 aydan sonra yeni il mövzusu ilə masterklassım olacaq. Söz verirəm salamat gələcəyəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun