Miri Yusifin xanımı işsiz qaldı - FOTO

28 Sentyabr 2024 11:33

Bir neçə gün əvvəl yıxılaraq əlini zədələyən Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva səhhəti ilə bağlı açıqlama verib.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçinin xanımı instaqram səhifəsində post paylaşıb. 

Nərgiz bildirib ki, həkimlər ona bir müddət əzilmiş əli ilə iş görməməyi tövsiyyə ediblər:

"Bakıdakı həkimlərin də məsləhəti ilə əlimi heç tərpətməməliyəm. Etməli olduğum masterklassı təxirə salıram. Amma çox yox cəmi 1 aydan sonra yeni il mövzusu ilə masterklassım olacaq. Söz verirəm salamat gələcəyəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun