Hadisə

Azərbaycanda oğlan anasının evini, bacısının maşınını yandırdı

10 İyun 2024 14:20
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda ev qəsdən yandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 9-u saat 4 radələrində 1969-cu il təvəllüdlü Azər Tağıyev anasının yaşadığı Masazır qəsəbəsindəki evi yandırıb.

O, daha sonra Xırdalan şəhərinə gedərək bacısının idarə etdiyi "Infiniti" markalı avtomobili də yandırıb. Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.

Hər iki yanğın hadisəsini törətmiş A.Tağıyev polis tərəfindən saxlanılıb.

Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.