Hadisə

Atanın səhvi faciəyə səbəb OLDU

12 Oktyabr 2023 20:20
Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə ata səhvən oğlunu tüfənglə vuraraq öldürüb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, donuzların bağına girməsinin qarşısını almaq üçün keşik çəkən 81 yaşlı ata oğlunu güllələyərək öldürüb.

Hadisə ötən gün Ağyamac kəndində baş verib. Qoz fidanlarının arasında gəzən oğlan atasına doğru addımlayıb. Oğlunu fərq etməyən Rıza Doğan ov tüfəngindən atəş açıb. Tüfəngdən çıxan mərmi oğlunun döş nahiyəsinə dəyib. Oğlunu vurduğunu anlayan ata, onu tez bir zamanda xəstəxanaya çatdırıb. Amma onun həyatı xilas etmək mümkün olmayıb.

Ata məhkəmə qərarı ilə sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.