Dünya

Rusiyada rus dilini bilməyən miqrantlar işə götürülməyəcək

1 Avqust 2025 20:30
Baxış: 545
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantların xidmət sektorunda işə götürülməsini qadağan edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni hazırlanmış əmrə əsasən, ruslarla ünsiyyət tələb edən vəzifələrə dili bilməyən miqrantların işə götürülməsinə icazə verilməyəcək.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu peşələrə sürücülər, satıcılar və həkimlər daxildir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə Nazirlər Kabinetini miqrant kvotaları məsələsini nizama salmağa çağırıb.

Əmək Nazirliyi isə bəyan edib ki, yalnız viza verilən ölkələrdən əcnəbi işçilərin cəlb edilməsi kvotaya tabedir. Bunlar əsasən Rusiya Federasiyasına vizası olan ölkələrdən, o cümlədən Çin, Hindistan, Türkiyə və digər ölkələrdən gəlmiş ixtisaslı işçilərdir.

Qeyd olunur ki, əməkçi miqrantlarla bağlı yeni qərar Dövlət Duması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindən təsdiq edilmiş "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" Federal Qanunun 15-1 və 18-ci maddələrinə dəyişikliklər edilərək hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.