Hadisə

Ələt-Astara yolunda dəhşətli qəza - Ağır xəsarət alanlar var

9 Oktyabr 2023 20:12
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ələt-Astara yolunda ağır yol nəqliyyat-hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə magistralın Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Qəzada Masallı rayonundan olan 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Səidə Canbolat xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.