Hadisə

“İdrak” liseyi hadisəsində yeni detal: Silah sahibi də məsuliyyətə cəlb olunub

11 İyun 2026 13:09
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı aparılan cinayət işi üzrə silahın sahibi də məsuliyyətə cəlb olunub.

Milli.Az xəbər verir ki, Baş Prokurorluğun "Instagram" səhifəsində keçirilən canlı yayımda Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəhbəri Orxan Rzayev bu barədə məlumat verib.

Onun sözlərinə görə, iş üzrə materiallar artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və istintaq çərçivəsində silah sahibi ilə bağlı ayrıca cinayət təqibi də aparılır. Nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.

Qeyd edək ki, hadisə fevralın 6-da Bakı şəhəri Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində qeydə alınıb. Məlumata əsasən, şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb.

Faktla bağlı daxil olan məlumat əsasında Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. Şübhəli bilinən şagird saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq yekunlaşdıqdan sonra şagirdə Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb.

Aysel

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.