Hadisə

TÜKÜRPƏDƏN HADİSƏ: Qadın onu zorlamaq istəyən ərinin cinsi orqanını kəsdi

16 Avqust 2023 22:30
Baxış: 2 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada qadın təcavüzkarın cinsiyyət orqanını bıçaqla kəsib.

Milli.Az lent.az-a istinadən bildirir ki, qadın və kişinin əvvəllər münasibətdə olduğu məlum olub.

Medianın yazdığına görə, insident keçmiş ər-arvad arasında ortaq qızlarının himayəsi üstündə yaranan mübahisədən sonra baş verib. Kişi qadınla bu məsələni həll etmək üçün onun evinə gəlib, daha sonra onu "barışmağa" və cinsi əlaqəyə dəvət edib. İddialara görə, qadın bundan imtina edib və onu itələsə də, kişi fikrindən daşınmayıb.

Kişi keçmiş partnyorunu zorlamağa cəhd etdikdən sonra qadın bıçaq götürərək onun cinsiyyət orqanını kəsib. Bundan sonra o, polisə və tibb işçilərinə zəng edib. Onlar kişini xəstəxanaya çatdırıblar və ona lazımi köməklik göstərilib.

Bildirilir ki, cərrahların uroloqlarla birgə apardığı əməliyyat uğurla başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.