Hadisə

Gürcüstanda sürüşmə zonasından 2 nəfərin meyiti tapılıb - YENİLƏNİB - VİDEO

3 Avqust 2023 23:07
Baxış: 3 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Oni munisipalitetində sürüşmə zonasından iki nəfərin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın İctimai Televiziyasına Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, xilasedicilər fəlakət bölgəsində əməliyyat zamanı iki nəfərin meyitini çıxarıblar.

DİN-in məlumatına görə, sərhəd polisinə məxsus helikopterlərlə artıq üç uçuş həyata keçirilib və 70 nəfər təhlükəsiz zonaya təxliyə edilib. Xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, yerli KİV daha əvvəl 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayıb.

-------

21:26

Gürcüstanın qərbində yerləşən Şovi bölgəsində torpaq sürüşməsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sürüşmə nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfərin torpaq kütləsinin altında qaldığı bildirilir.

Həmçinin, Gürcüstan Daxili İşlər Nazirliyi əraziyə 2 xilasedici helikopterin göndərildiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.