Hadisə

Yaşlı kişi münaqişə zəminində qonşularını güllələdi - 3 ÖLÜ

29 İyul 2023 07:24
Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Lanqvayd kommunasında 64 yaşlı kişi iki yaşayış binasına girib atəş açaraq bir neçə nəfəri yaralayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşri hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər yayıb.

"Təxminən saat 19:15-də Şubertstrassedəki yaşayış binasında bir nəfər tapança ilə üç nəfəri güllələyib", - məqalədə deyilir.

Qeyd olunur ki, hadisə zamanı 49 və 72 yaşlı iki qadın, həmçinin 52 yaşlı kişi ölüb.

Hücum edən şəxs  daha sonra 32 yaşlı qadını və 44 yaşlı kişini yaralayıb.

Şübhəli şəxs həbs edilib. Polisdən verilən məlumata görə, onun mərhumlarla ədavəti olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.