Hadisə

İstanbulda silahlı insident - Ölən var

24 İyun 2023 23:17
Baxış: 1 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində iki nəfər arasında yaranan mübahisə qısa müddətdə silahlı davaya çevrilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər güllələnərək öldürülüb.

İddialara görə, Yunus Əmrə Məhəlləsi 374 küçəsində iki nəfər arasında silahlı dava zamanı Vahit Y. Özer Ç-yə atəş açmağa başlayıb. Bir müddət sonra ətrafdakıların müdaxiləsi ilə Vahit Y. zərərsizləşdirilib.

Bu zaman güllə ilə vurulan Özer Ç. Vahit Y.-nin silahını götürərək atəş açıb.

Hadisə yerinə polis və tibb işçiləri gəlib.

Vahit Y. hadisə yerindən qaçıb, Özer Ç. isə həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.