Hadisə

Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı

1 İyun 2023 21:29
Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayon Kolanı kəndində baş vermiş avtomobil qəzası zamanı su kanalına düşən gəncin meyiti tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Bərdə rayon sakini, 2003-cü il təvəllüdlü Vəfadar İsmayılzadənin meyti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Fərzəliyev də dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü Vəfadar İsmayılzadə isə qəzanın baş verdiyi ərazinin yaxınlığındakı Yuxarı Qarabağ kanalına düşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.