Hadisə

Tərtərdə bir nəfər minaya düşdü

9 Mart 2023 13:45
Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin son vəziyyəti açıqlanıb.

Bu barədə Milli.Az-a Bərdə rayon Mərkəzi xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Bəhruz Abbasov məlumat verib.

O qeyd edib ki, Y.Hadiyev bu gün səhər saatlarında Tərtər rayon Mərkəzi xəstəxanasından təcili yardım avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına gətirilib.

"Xəstə mina partlaması nəticəsində xəsarətlər alıb və xəsarətləri sol aşağı ətrafın pəncə nayihəsinin travmatik amputasiyasıdır. Xəstəyə ilkin yardım olundu və əməliyyata alındı. Əməliyyat uğurla keçdi, hal hazırda xəstənin vəziyyəti orta ağır stabildir, müalicəsi davam etdirilir", - deyə o qeyd edib.

Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 284 nəfər minaya düşüb, onlardan 130 nəfər mülki şəxs, 154 nəfər hərbi qulluqçudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.