Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə qalınıb. Hərəkətdə olan "Hyundai" markalı yük maşını qoşqulu traktora arxadan çırpılıb.
Qəza zamanı traktorun sürücüsü və yük maşınında olan sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az