Tovuzda yük maşını traktorla toqquşdu - xəsarət alanlar var - FOTO

12 May 2025 18:13

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə qalınıb. Hərəkətdə olan "Hyundai" markalı yük maşını qoşqulu traktora arxadan çırpılıb.

Qəza zamanı traktorun sürücüsü və yük maşınında olan sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az