18:10
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə mayın 12-də 11:00 radələrində 2 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.
Sumqayıt Tibb Mərkəzindən Milli.Az-a verilən məlumata görə, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən 2008-ci təvəllüdlü şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Döş qəfəsinin əzilmiş, sağ baldırın sıyrılmış yarası diaqnozu təyin edilən 2004-cü il təvəllüdlü şəxs isə Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
---------
12.10
Sumqayıtda zəncirvari yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 2104" markalı minik avtomobili, yük avtomobili və bir motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Milli.Az