Hadisə

“Ermənilər mənə dedi ki, səni Azərbaycanda şəhid bilirlər” - VİDEO

25 Fevral 2023 07:58
Baxış: 2 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən Müharibəsi dövründə şəhid xəbəri yayılan, lakin daha sonra sağ olduğu üzə çıxan hərbçimiz Vəliəhəd Vəliyev erməni əsirliyində başına gələnlərdən danışıb.

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə  İctimai Televiziyada yayımlanan "Baş tutmayan tələ" sənədli filmində söz açıb.

"İki şəxs otağa gəlib üzümə gülməyə başladı. Ermənilər mənə videolar göstərdi ki, sən artıq Azərbaycanda şəhid olmusan. Tanınmaz halda olan döyüş yoldaşımı Lənkəranda dəfn etmişdilər. Bunlar da sosial şəbəkədə baxıblar ki, məni şəhid kimi bilirlər. "Qırmızı xaç" gələndə də bizim yerimizi dəyişirdilər, otaqdan otağa keçirib vermək istəmirdilər. Bunlardan xəbərsiz bir nəfər nümayəndə gələndə mən aşkara çıxmışdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.