Hadisə

Bakıda yaşayış binasında partlayış olub - VİDEO - FOTO

20 Fevral 2023 17:04
Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində, ilkin ehtimala görə, hamam otağındakı su qızdırıcısında yanğınla müşahidə edilməyən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı mənzilin hamam otağına ziyan dəyib, partlayış dalğasının təsirindən pəncərə və qapı çərçivəsi yerindən çıxıb, xəsarət alan olmayıb. Həmçinin, partlayış nəticəsində binanın yaxınlığında dayanan bir ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.