Hadisə

51 yaşlı kişini avtomobil vuraraq öldürüb

23 Noyabr 2022 07:48
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan 20-AD-200 dövlət nömrə nişanlı "Toyota Prado" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1971-ci il təvəllüdlü kişini vurub.

Piyada xəstəxanaya aparılsa da ölüb.

Qeyd edək ki piyadanı vuran avtomobilin sürücüsü sabiq polis rəisi, mayor Muxtar Abdullayevin oğlu Əli Abdullayev olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.