Hadisə

Avtobus yeniyetməni vurub

14 May 2022 23:32
0 Şərh     Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun Müşviqabaq qəsəbəsində qeydə alınıb. Belə ki, 14 saylı sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Nəsirova Mələkxanim Bəxtiyar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.