Hadisə

Buz qırıldı: Fəhlələr çayın ortasında avtobusun damında kömək gözlədi - VİDEO

6 Aprel 2022 14:36
0 Şərh     Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın Aktobe vilayətində 30 işçi çayın ortasında avtobusun damında bir neçə saat qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, "KazMunayQaz Trub Servis" şirkətinin qazmaçıları evə qısa bir yolla - Jem çayı üzərindəki buzun üstü ilə qayıtmağa qərar veriblər. Lakin yaz fəsli ilə əlaqədar nazilən buz qırılıb.

İşçilər "lyuk" vasitəsilə avtobusun damına çıxıb və rəhbərliklərinə zəng edərək yardım istəyiblər.

Artıq insanlar təxliyə edilib. Avtobus isə yalnız suyun səviyyəsi düşəndə çıxarıla biləcək. Bunun 10-20 gündən tez olmayacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.