İsveçi bir-birinə vuran qalmaqal: Azərbaycanlı kuryer saxta sənədlə baş nazirin evi qarşısında saxlanılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçdə baş verən bir olay hakimiyyət orqanlarını ən yüksək rütbəli dövlət məmurlarının təhlükəsizliyini ciddi şəkildə düşünməyə vadar edib. Hər kəsi düşündürən həm də ölkəni bürümüş saxta sənədlər problemidir.
Milli.Az xəbər verir ki, bu ölkənin Aftonbladet nəşri yazır ki, İsveç ictimaiyyətini bu mövzuları aktiv müzakirə etməyə sövq edən hallardan biri də İsveçin baş naziri Maqdalena Anderssonun iqamətgahı yaxınlığında saxta sürücülük vəsiqəsi ilə saxlanılan azərbaycanlı kuryerlə bağlı olaydır. "Artıq baş nazirin evinin mühafizəsi ilə bağlı əvvəllər gizli olan olan məlumatları aşkar etmək mümkündür" - deyə İsveç mediası yazır. Dekabrın 8-də Maqdalena Anderssonun evinin mühafizəsinə cavabdeh olan polislər baş nazirə bağlama çatdırmalı olan kuryer sürücünü saxlayıb. Şəxsiyyət yoxlanılandan sonra məlum olub ki, həmin şəxs saxta sürücülük vəsiqəsindən istifadə edib.
Aftonbladet-in əldə etdiyi polis hesabatında 36 yaşlı kişinin Azərbaycan vətəndaşı olduğu bildirilir. İndi o, avtomobili qanunsuz idarə etməkdə və saxta sənəddən istifadə etməkdə ittiham olunur. Xəbərdə azərbaycanlının hansı kuryer şirkətində işlədiyi barədə məlumat verilmir. Yalnız onun İsveçdə bir ildən bir qədər çox olduğu məlumdur. Stokholm polisi istintaqın davam etdiyini və buna görə də hələlik əlavə şərhlər verməyib. Lakin bu, İsveç baş nazirinin iqamətgahında baş verən yeganə həyəcanverici hadisə deyil.
Dekabrın 21-də ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə siqnal daxil olub ki, İsveçdə yaşamaq icazəsi olmayan Nikaraquadan olan təmizlik işçisi evin yaxınlığında saxlanılıb. Qadın nəzarətə götürülüb. İsveç nəşri dekabr hadisələri ilə bağlı şərh vermək istəyi ilə Maqdalena Anderssona müraciət etdiyini, lakin baş nazirin mövzu ilə bağlı sualları cavablandırmaqdan imtina etdiyini bildirib. KİV yazır ki, İsveçdə saxta pasport, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqələri problemi kifayət qədər kəskindir. Saxta sənəd almaq o qədər də çətin deyil. Əvvəllər İsveçin rusdilli sakinləri üçün forumda açıq şəkildə saxta sənədlər almaq təklif edilirdi və onların hazırlanmasının arxasında cinayətkar şəbəkələr dayanırdı və proses indi də davam edir.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
XƏBƏR LENTİ
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb





