Qoroskop

2026-cı ilə xoşbəxt başlayacaq bürclər hansılardır?

25 Dekabr 2025 12:17
Baxış: 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni ilin başlanğıcı bəzi bürclər üçün sevinclə, uğurla və daxili rahatlıqla dolu olacaq.

Milli.Az xəbər verir ki, Ulduzların düzülüşü göstərir ki, 2026-cı ilin ilk aylarında bir neçə bürc həyatında pozitiv dönüş nöqtəsi yaşayacaq.

Buğa

Buğalar üçün 2026-cı il sakitlik və sabitlik ili kimi başlayacaq. Uzun müddətdir gözlədikləri nəticələr artıq özünü göstərəcək. Maliyyə sabitliyi, ailə münasibətlərində harmoniya və işdə mükafatlandırma onları sevindirəcək. Yanvar ayı Buğalar üçün "daxili rahatlıq" dövrü olacaq.

Xərçəng

Xərçəng bürcü nümayəndələri 2026-cı ilə sevgi və ailə istiliyi ilə qədəm qoyacaq. Onların həyatında yeni bir mərhələ başlayacaq - kimlərsə nişanlanacaq, kimlərsə ailə quracaq və ya illərdir axtardığı emosional tarazlığı tapacaq. Yeni il onlara sevinc və motivasiya gətirəcək.

Əqrəb

Əqrəbləri 2026-cı ilin əvvəlində gözlənilməz xoş xəbərlər gözləyir. İş və şəxsi həyatda uğurlu dönüş baş verəcək. Ulduzlar göstərir ki, bu dövrdə onların çəkdiyi zəhmət öz bəhrəsini verəcək, yeni qapılar açılacaq.

Balıqlar

Balıqlar 2026-cı ilə emosional yüksəliş və yaradıcılıq enerjisi ilə daxil olacaqlar. Onların daxili aləmi yenilənəcək, motivasiya və ilham qaynağı artacaq. Sevgi münasibətlərində də uğurlu başlanğıc mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.