“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi illik əsasda həyata keçirdiyi Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BİCRA) prosesi çərçivəsində Azərbaycanın bank sektorunun sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdıraraq 8-ci səviyyədən 7-ci səviyyəyə endirib, iqtisadi risk komponenti üzrə proqnozu isə "stabil"dən "pozitiv"ə dəyişib.
Qiymətləndirmənin yaxşılaşdırılması üçün əsas olaraq "S&P" son üç il ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə institutlarının tənzimlənməsi və nəzarətin modernizasiyası istiqamətində mühüm təşəbbüslərin həyata keçirilməsini göstərib, risk əsaslı nəzarətin və daha təkmil tənzimləmənin bank sektorunda kredit riskinin azalmasına töhfə verməsinə dair gözləntiləri əks etdirdiyini vurğulayıb.
Agentlik Mərkəzi Bank tərəfindən təsdiqlənən "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində bank sektoru üzrə digər tənzimləmələrlə yanaşı korporativ idarəetmə standartlarının yeniləndiyini, likvidlik riskinin idarə edilməsi üzrə qaydaların Bazel III standartlarına uyğunlaşdırdığını,likvidliyin örtülmə əmsalı üzrə tələblərin gücləndirildiyini, 2025-ci ilin mart ayından 0,5% səviyyəsində kontr-tsiklik kapital buferinin tətbiq edildiyini, eləcə də istehlak kreditləri və kredit kartları üzrə risklərin idarə olunması və anderraytinqi istiqamətində tənzimləmələrin təkmilləşdirildiyini xüsusilə qeyd edib.
"S&P" həmçinin Mərkəzi Bank tərəfindən 2026-cı ildə risk əsaslı nəzarət modelinə keçid, aktivlərin təsnifləşdirilməsi, ehtiyatların yaradılmasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9-un (IFRS 9) tətbiqi, kapital adekvatlığı çərçivəsinin Bazel III ilə uyğunlaşdırılması, stres-test tələblərinin və rezolyusiya çərçivəsinin təkmilləşdirilməsi istiqamətində olan təşəbbüslərin Azərbaycanda bank nəzarəti və tənzimləməsinin gücləndirilməsinə xidmət edəcəyini bildirib.
Agentlik 2026-cı ildə bankların aktivlərinin keyfiyyəti üzrə göstəricilərin sabit qalacağını və kredit portfelinin artım tempinin 10-12% intervalında olacağını proqnozlaşdırır. Təşkilat həmçinin region ölkələri arasında kreditlərin dollarlaşma səviyyəsinə görə ən aşağı göstəricinin Azərbaycan banklarının payına düşdüyünü xüsusilə vurğulayıb.
Qeyd edək ki, bir sıra beynəlxalq reytinq agentlikləri tərəfindən Mərkəzi Bankın həyata keçirdiyi institusional və tənzimləyici islahatların effektivliyi yüksək qiymətləndirilir. Bu təşəbbüslər ölkə reytinqinin yüksəldilməsinə mühüm töhfə verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Azərbaycan vasitəsilə Ermənistana 280 ton buğda göndərildi
-
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib - FOTO
-
Azərbaycanın 2026–2031-ci illər üzrə inflyasiya proqnozu açıqlandı
XƏBƏR LENTİ
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
DYP sürücülərə müraciət ETDİ
-
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
-
Bakıda bu avtobuslar yenilənir - Qiymət…
-
Ayın ilk günü kəskin isti olacaq - PROQNOZ
-
Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI
-
ABŞ və İsrail buludlara müdaxilə edir?
-
"Sabah" bir futbolçusu ilə yollarını ayırdı
-
Cüdoçumuz Avropa Kubokunun qalibi oldu





