Texnologiya

“Instagram”ın gənclər üçün təhlükəsi ortaya çıxdı

16 Sentyabr 2021 21:18
0 Şərh     Baxış: 3 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Instagram" sosial şəbəkəsi gənc istifadəçilərə, xüsusən də qızlara mənfi təsir göstərərək onları depresiv və intihar düşüncələrinə sövq edə bilər. "The Wall Street Journal" bu barədə "Facebook" rəhbərinin ictimaiyyət üçün açıqlanmayan araşdırmasına istinadən yazıb.

Məlum olub ki, "Facebook" bu problemi üç il ərzində araşdırıb və on minlərlə istifadəçi arasında sorğu keçirib. Nəticədə narahat edən bir tendensiya ortaya çıxıb. Məsələn, intihar düşüncələrində olan yeniyetmələrdən 13 faiz britaniyalı, altı faiz amerikalı bu hallarını "Instagram"ın təsiri ilə əlaqələndirib.

Materiallara görə, sosial şəbəkənin təhlükəsi, xüsusən, yeniyetmə qızların 32 faizində bədən quruluşları ilə bağlı narahatlıqlarının artırmasıdır, çünki "Instagram" onları özlərini daha pis hiss etmələrinə səbəb olur. Amerikalı gənclərin 14 faizi sosial medianın özgüvəni azaltmasından şikayətlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.