Texnologiya

1 mm-lik ilk televizor

21 May 2015 22:55
0 Şərh     Baxış: 1 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"The Korea Times" portalı yazır ki, "LG" şirkəti orqanik işıq diodları ("OLED") texnologiyası ilə hazırlanmış ekrana malik çox nazik 55 düymlük televizor prototipini nümayiş etdirib, cihazın qalınlığı 1 mm-dən azdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu Seulda keçirilmiş sənaye sərgisində təqdim edilib. Televizorun çəkisi təxminən 2 kq-dır və maqnit altlığının köməyi ilə divara bərkidilir.
Nümayiş etdirilmiş modelin kütləvi istehsala çıxarılma tarixi açıqlanmayıb.

Orqanik işıq diodları texnologiyası ilə hazırlanmış ekranlar işıqlandırma tələb etmir. Onlar maye kristal ekranlarla müqayisədə daha nazik və yüngüldür, həmçinin daha kontrast və enerji effektivdir, ancaq qiyməti bahadır. İndi "LG" şirkətinin əlçatan olan 55 düymlük "OLED" televizorlarının qalınlığı 4,3 mm təşkil edir.
"LG" şirkəti aparıcı "OLED" ekran istehsalçısıdır. Bu sahədə əsas rəqibi "Samsung" şirkətidir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.