Azərkosmos ASC Əfqan Payvastun Media Kommunikasiya (APMC) şirkəti ilə Batur TV-nin Azərspace-1 üzərindən açıq yayımı və ilə bağlı müqavilə imzalayıb.
Bu barədə Trend-ə Azərkosmos ASC-dən məlumat verilib.
Məlumata görə, Batur TV milli peykimiz üzərindən yayımlanacaq ilk Əfqan televiziya kanalıdır. Bu müqavilə Azərkosmosa Əfqan yayım bazarına qapı açdığından şirkət üçün böyük əhəmiyyət kəsb edir. İmzalama prosesi zamanı APMC-nin prezidenti Masud Ameri Azərkosmos komandasının müqaviləyə hazırlıq mərhələsində göstərdiyi həvəs və peşəkarlığı yüksək qiymətləndirmişdir.
APMC şirkəti Azərkosmosla əməkdaşlığa ilk dəfə bu il Əfqanıstanda keçirilən prezident seçkiləri zamanı qısamüddətli tutum istifadəsi xidmətində istifadə etməklə başlamışdır. Azərkosmosun göstərdiyi xidmətdən razı qalan şirkət daha uzunmüddətli müqavilə imzalamaq qərarına gəlmişdir.
Masud Ameri Azərkosmosla digər Əfqan kanallarının da Azərspace-1 peyki üzərindən yayımlanması və Azərbaycan və Əfqanıstan arasında peyk kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin perspektivlərini müzakirə etmişdir.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan Azərkosmos ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Milli.Az
Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərkosmos ASC Əfqan televiziya yayımı bazarına daxil oldu
7 Avqust 2014 11:43
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
“Baku Electronics”in mağazasının fəaliyyəti dayandırıldı - VİDEO - FOTO
-
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
“LG” və “Samsung” televizorları bizi izləyir? - Məhkəməyə verildi
-
"Telegram" 128 min manat cərimələndi
-
Gələn ildən "WhatsApp" tamamilə dəyişəcək
-
Artıq iPhone ilə istəsəniz də "nude" çəkə bilməyəcəksiniz
XƏBƏR LENTİ
-
Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır
-
"Fənərbağça"ya transferinə görə az qala boşanacaqdılar - FOTOlar
-
Alimlər uzunömürlülüyün sirrini AÇIQLADILAR
-
Bu qidalar gözləri sağlam saxlayır
-
Marsda zaman daha sürətlə axır: Alimlər fərqi hesabladı
-
Çinlilər niyə pul kisələrində alüminium folyo daşıyır?
-
Şəkidə canavarın hücumu nəticəsində 5 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Çinko çatışmazlığı nələrə səbəb olur - problemi aradan qaldırmağın yolları
-
Elektrik xərclərini azaltmağın yolları
-
Günün qoroskopu: Yeni tanışlıqlar üçün əlverişli gündür
-
"Hansı cürətlə mənə Elza deyirsən"
-
41 yaşında transfer oldu
-
Planetin ən yaxşı 100 futbolçusu açıqlandı
-
2,5 milyon dollara bank reklamına çəkildi
-
Azərbaycandan göndərilən neft məhsulları Ermənistandadır - FOTO
-
“Bir manat versək də, ayaq üstə gedirik”
-
54 yaşını qeyd edir - FOTO
-
Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
“Beşiktaş” və "Fənərbaxça" qələbə qazanıb
-
Vəfaya cinayət işi açılıb?
-
Televizoru belə silənlər diqqətli olsun: Ekrana zərər verə bilərsiniz
-
"TikTok pozğunluğu təbliğ edir"
-
“Barselona”da məşhur futbolçu mediaya məlumat ötürür?
-
Oğuzda ağır qəza - Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO





