Texnologiya

Apple yenidən lider oldu

27 Sentyabr 2013 22:54
0 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
The Boston Consulting Group dünyanın ən yenilikçi şirkətlərinin reytinqini tərtib edib. Apple şirkəti birinci yerdə qərarlaşıb. Xatırladaq ki, adıçəkilən şirkət 2005-ci ildən bu pilləni heç kimə vermir. Samsung şirkəti ikinci, Google korporasiyası üçüncü pillədə yer alıb. Qeyd edək ki, 2008-ci ildə koreyalılar reytinqin ortalarında yerləşirdi və Google isə 7 il ikinci yerdə qərarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ilk onluqda Microsoft (4), IBM (6), Amazon (7) şirkətləri qərarlaşıblar. Facebook 5-dən 12-ci yerə düşüb. Dünyanın ən yenilikçi şirkətlərinin TOP-10-da, həmçinin Hewlett-Packard (16), Lenovo (22) və LG (25) şirkətləri yer alıb.

The Boston Consulting Group 2005-ci ildən müxtəlif ölkələrdə yerləşən şirkət nümayəndələri arasında sorğu keçirmək üsulu ilə reytinqi tərtib edir. 2013-cü ildə 1500-dən çox top-menecer sorğuda iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.