Kabelsiz bağlantı sistemi ən çox uşaqlara mənfi təsir edir, hətta xərçəngə yol açır
İnternet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) standart halını alıb. Wi-Fi kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb edirlər ki, ən çox uşaqlara təsir edən Wi-Fi-ın bağçalarda və orta məktəblərdə istifadəsini məhdudlaşdırsın.
Məsələn, İngiltərədə Müəllimlər Dərnəyi hökumətə müraciət edərək məktəblərdən Wi-Fi-ın yığışdırılmasını tələb edib. Hətta sözügedən ölkədə bəzi məktəb rəhbərləri kabelsiz internet bağlantısını yığışdırıblar. Kanadada da bir sıra orta məktəblər simsiz rabitədən imtina edib.
Uşaqlar radiasiyanı daha çox qəbul edirlər
Wi-Fi 2-ci dünya müharibəsi zamanı düşmənin uçan obyektlərini təyin etmək üçün quraşdırılan və güclü şüalanma verən radar operatorları ilə müqayisə edilir və insan orqanizminə vurduğu ziyana görə eyniləşdirilir. Ümumiyyətlə, mikrodalğalı radiasiyadan ilk dəfə 2-ci dünya müharibəsi zamanı istifadə edilib.
Alimlərin hesablamalarına görə, 3 yaşından 16 yaşına qədər uşaqlar əvvəlcə uşaq bağçasında, daha sonra isə məktəbdə 10 min saat simsiz rabitə vasitələrinin şüalarına məruz qalırlar.
Britaniyanın "Sunday Mirror" qəzetinin mütəxəssislərə istinadən yazdığına görə, uşaqların beyinləri kiçik olduğu və onların beyinlərində su az olduğu üçün mikrodalğalar onlara sürətli və tez təsir edir: "Uşaqlar radiasiyanı daha çox qəbul etmək xüsusiyyətinə malik olduğu üçün bu şüaların beyin şişi yaratma riski daha böyükdür. Məsələn, mobil telefonun uşaq olan otaqda iki dəqiqə zəng çalması uşaq beyninin funksiyasını 1 saatlıq dəyişir".
Xərçəngə aparan yol
Alimlərin araşdırmalarına görə, 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.
Müsahibimiz Fəridə Bağırova 14 yaşlı dayısı oğlunun sümük iliyi xərçəngindən dünyasını dəyişdiyini bildirdi: "Rəhmətlik bütün günü yemədən-içmədən İnternetin qarşısında otururdu. Gün ərzində demək olar ki, bir dəfə yemək yeyirdi, internetin qarşısında oturmaqdan iştahasızlıq yaranmışdı və uşaq gündən-günə arıqlamağa başladı. Türkiyəyə apardıq. Dedilər ki, İnternetin qarşısında çox oturduğundan elektromaqnit dalğaları sümük iliyi xəstəliyinə səbəb olub".
Yuxusuzluq, miqren, ürək döyüntüsü...
İKT mütəxəssisi Ramil Qafarovun sözlərinə görə, Wi-Fi insan sağlamlığı üçün potensial təhlükədir: "Buna görə də gecələr yatanda, yaxud gündüzlər istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki istifadə edilməsə belə, açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, Wi-Fi yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit dalğaları insan toxumalarına zərər verir, hüceyrələrdə DNT pozğunluğuna da yol aça bilir".
Terapevt Məlahət Abbasova da bildirdi ki, İnternetdən çox istifadə edənlərdə ümumi zəiflik və qan azlığı yaranır: "Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stressə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. Xüsusilə hamilə qadınların wi-fi olan yerdən uzaq durması məsləhətdir".
Nə etməli?
Həkimlər Wi-Fi-dan az zərər çəkmək üçün aşağıdakıları məsləhət görür:
1) Wi-Fi aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymalı;
2) Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır);
3) Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq;
4) Yatdığınız otaqda modem qoymayın.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yayım gücü aşağı olan Wi-Fi-ın insan orqanizmi üçün riskli olmadığını deyir.
Kaspi.az
Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Wi-Fi-ın ziyanı xeyrindən çoxdur - ARAŞDIRMA
22 Avqust 2013 19:42
12 Şərh
Baxış: 13 387

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur
-
“Amazon”un anbarlarında robotlar üstünlük qazanır
-
“Microsoft” həkimlərdən də dəqiq işləyən süni intellekt təqdim edib
-
Kaspersky sosial media fırıldaqları ilə bağlı xəbərdarlıq edib
-
Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!
-
“Gmail” bildirişləri indi daha funksional olacaq – “Android” üçün yenilik
XƏBƏR LENTİ
-
Şahruddin İspaniya nəhənginə çağırış etdi: "Real Madrid", mənə zəng et" - VİDEO - FOTO
-
Tikinti materialları bahalaşdı - VİDEO
-
Çinli qız Bakıda 4 aya 400 maşın SATDI - VİDEO
-
Amerikalı alimlər dəniz altında işləyən mikroskop hazırlayıb
-
Bu məhsul marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb
-
Sevda rəqsi ilə "yandırıb-yaxdı" - VİDEO
-
Çiyələkdən kökəlmək mümkündürmü? – Gözlənilməz fakt!
-
Azərbaycanlı müğənni dənizdən VİDEOsunu yaydı
-
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
-
“Qəbələ”nin yeni transferi
-
Günün qoroskopu: Uzaqdan gələn xəbərlər sevindirə bilər
-
“Klon”un Hadesindən Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO
-
Xoşqədəmlə Doğuşun ailəsində yeni körpə sevinci - VİDEO
-
Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub - FOTO
-
Namiq Həsənov vəzifəsindən azad edildi
-
İlham Əliyevin "X" sosial şəbəkədəki səhifəsində İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Güləşçimiz Avropa çempionu oldu
-
Cəlilabadda yol qəzasında bir ailənin 3 üzvü yaralandı - Yenilənib - FOTO
-
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapıldı - yenilənib
-
UEFA "Beşiktaş"ı böyük məbləğdə cərimələdi
-
“Fironun lənəti”ndən ümid doğdu: Xərçəngin kökünü kəsən maddə görün harada tapıldı
-
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
-
İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti - VİDEO - FOTO