Texnologiya

Tumblr-dakı parolları dəyişin

18 İyul 2013 23:53
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tumblr sosial şəbəkəsi dünən istifadəçilərindən hesablar üçün parollarını dəyişdirməyi xahiş edib. Şirkətin yaydığı məlumata əsasən, bu xahiş iPad və iPhone qurğuları üçün tətbiqin təhlükəsizlik sistemində aşkar edilmiş səhvlə bağlıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatına görə, Tumblr alma qurğularında istifadəçi parollarının daxil edilməsi zamanı təhlükəsiz qoşulmadan istifadə etməyib. Bu o deməkdir ki, başqa Wi-Fi istifadəçiləri fərdi informasiyaya giriş əldə edə bilərdilər.

Server abunəçilərindən üzr istəyib və bildirib ki, artıq səhvi aradan qaldırıb və iOS platformasının bütün istifadəçilərindən parollarını dəyişdirməyi xahiş edir.

2013-cü ilin ikinci rübündə Yahoo! korporasiyası öz auditoriyasını artırmaq və cavanlaşdırmaq məqsədilə Tumblr şirkətini 1,1 milyard dollara satın alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.