Texnologiya

"Mail.Ru" Google-dan imtina etdi

27 Noyabr 2012 19:00
0 Şərh     Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Amerika şirkəti ilə bağlanmış müqavilənin müddəti 2013-cü ilin fevralında başa çatır və "Mail.Ru" müqaviləni uzatmağı planlaşdırmır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Mail.Ru" axtarış sistemini 2004-cü ildə istifadəyə verib və 2006-cı ilin sonuna qədər "Google" texnologiyasını tətbiq edirdi. 2007-ci ildə isə "Yandeks" axtarış mühərrikindən istifadəyə başladı və həmin ilin iyununda "GoGo.ru" adlı sistemini istifadəyə verdi və o, elə də uğurlu alınmadı. Şirkət 2010-cu ildən etibarən yenidən "Google"un axtarış texnologiyalarından istifadə etməyə, həmçinin "AdSense" reklam elanlarını göstərməyə başladı.

"Mail.Ru", həmçinin "AdSense" reklam sistemindən də imtina edəcək. Şəxsi kontekst reklam xidmətinin yaradılması ilə isə 2011-ci ilin aprelində şirkətə gəlmiş "Bequn"un banisi Aleksey Basov məşğul ola bilər.
"Mail.Ru" internet şirkətinin "Google"la müqaviləni uzatmaqdan imtina etməsini onun beynəlxalq bazara çıxması ilə əlaqələndirirlər. Qeyd edək ki, "Mail.Ru" beynəlxalq bazarda "my.com" ticarət markası altında çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.