Sərfəli rabitə xidmətləri təqdim edən "Nar", eyni zamanda sosial layihələrə verdiyi davamlı dəstəklə cəmiyyətə töhfə verməyə davam edir. Belə ki, "Karlara Dəstək" İctimai Birliyi ilə birgə həyata keçirilən "Təlim Məktəbi" layihəsinin 2024-2025-ci il mövsümünün yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda nitq və eşitmə məhdudiyyətli gənclərə modelyer-dizayner peşəsi üzrə təlimləri uğurla başa vurduqlarına dair sertifikatlar təqdim edilib.
Tədbirdə dövlət qurumları və özəl sektor, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak edib. Konfransda təlim iştirakçılarının əl işləri nümayiş olunub və xüsusilə işəgötürənlər tərəfindən böyük maraqla qarşılanıb. Bu, gənclərə bacarıqlarını tanıtmaq və əmək bazarına çıxış üçün ilk fürsətlərini yaratmaq imkanı verib. Artıq bəzi iştirakçılar layihənin dəstəyi ilə ixtisaslarına uyğun işlə təmin olunub. "Nar" isə digər məzunların da işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlığı davam etdirir. Bu yanaşma layihənin real nəticələr verdiyini və davamlı sosial təsirə malik olduğunu göstərir.
"Nar"ın İctimaiyyətlə əlaqələr və korporatv ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova tədbir zamanı bildirib: "Təlim Məktəbi" vasitəsilə biz bu gənclərə yalnız peşə öyrətmir, eyni zamanda onların özlərinə inamını bərpa etməyə, cəmiyyət üçün faydalı fərdlərə çevrilmələrinə də dəstək oluruq. Bu layihə bizim üçün sadəcə sosial məsuliyyət deyil, həm də sosial dəyişimin bir hissəsidir".
Qeyd edək ki, "Nar" müxtəlif sosial qrupların cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələri prioritet hesab edir. Mobil operatorun həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsləri çərçivəsində regionlarda maarifləndirici layihələrə, inklüziv təhsilə və gənclərin inkişafına davamlı şəkildə töhfə verilir. "Nar"ın dəstəyi ilə gerçəkləşən sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Texnologiya
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTO
19 İyun 2025 19:00
Baxış: 548
.png)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Onunla tanış olan yoxdur deyə çəkiclə qızlara hücum etdi
-
Hava limanlarını robot çaqallar qoruyacaq - FOTO
-
Durov buna görə uğurlu olub: "Alkoqol, qəhvə və narkotikdən..."
-
Fransada "X" platformasına qarşı cinayət işi açıldı
-
Süni intellektlə idarə olunan restoran açılır – "Yeməkləri Aİ hazırlayacaq"
-
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
XƏBƏR LENTİ
-
Nanə geyimi ilə "sərhədləri aşdı" – Gecə paltarında... - FOTOlar
-
"Arsenal"a keçmək üçün sevgilisindən AYRILDI
-
"Məndən zəhləsi gedir"
-
Bu qaya parçası 4 milyon dollara SATILIR
-
İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı İÇKİLƏR
-
Klublararası dünya çempionatında PSJ-dən çox bu gözəl GÜNDƏM OLDU - FOTOlar
-
30-50 yaş aralağında günəş altında nə qədər qala bilərik?
-
Von der Leyendən Trampa xəbərdarlıq - Cavab veriləcək
-
Maşını qadına sürməyə verdi, o da dənizə saldı - VİDEO
-
Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOlar
-
İsti havada arıqlamağın yolu
-
Beynin "zəif nöqtəsi" tapıldı
-
Qadınlar bu maddədən uzaq dursun, yoxsa...
-
Partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır
-
Dərisinin yarısını kəsib götürdülər - Xərçəngə görə
-
“Fənərbaxğça”da daha bir istefa
-
Günün qoroskopu: Kiçik şərtlər böyük nəticə verə bilər
-
Mafiya başçısı "Pepo" başqa ölkədə saxlanıldı
-
Çimərliyə gedən yolda "Range Rover" aşdı - 2 yaralı var - FOTO
-
Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar - FOTO
-
Canınızı sevirsinizsə bu 3 qidadan uzaq durun
-
Maşınlarınızı satmağa tələsməyin! - Bu modellər bahalaşacaq
-
2 dəqiqəyə yuxuya getməyin sadə üsulu açıqlandı
-
"Həkim səhlənkarlığı ucbatından atamı itirdim"