İran–İsrail müharibəsində Çinin mövqeyi: "Tamaşaçı qala bilmərik!"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran ilə İsrail arasında baş verən qarşıdurma getdikcə qlobal miqyas alır. ABŞ İsraili açıq şəkildə dəstəklədiyi bir vaxtda, İranın strateji tərəfdaşı olan Çin bu münaqişə ilə bağlı sərt və tənqidi mövqe sərgiləyib.
Milli.Az xəbər verir ki, Pekin administrasiyası açıqlamasında bildirib ki, "İsrail-İran münaqişəsinin gərginləşməsini seyr etməyəcəyik".
Məlumata görə, Çin münaqişənin ilk günlərində İrana üç hərbi yük təyyarəsi göndərib. Bu təyyarələrin hərbi texnika daşıdığı güman olunur.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsində İran lideri Əli Xamneyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Tramp paylaşımında "Onun harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu ən azından indilik yox etməyəcəyik" deyə yazıb. Daha sonra isə "İran qeyd-şərtsiz təslim olmalıdır" ifadəsini işlədib.
Çin rəsmisi bu bəyanatlara cavab olaraq qeyd edib ki, BMT Nizamnaməsinin prinsiplərinə zidd olaraq hər hansı bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmaq qəbuledilməzdir. Quo İsrail üzərində xüsusi təsiri olan ölkələri, xüsusilə ABŞ-ni ədalətli, obyektiv və məsuliyyətli davranmağa çağırıb.
Münaqişənin intensivləşməsi fonunda Çin hökuməti təhlükəsizlik məqsədilə təxliyə əməliyyatı həyata keçirib. Çin Xarici İşlər Nazirliyi məlumat verib ki, İrandakı 791 Çin vətəndaşı qonşu ölkələrin dəstəyi ilə təhlükəsiz bölgələrə köçürülüb.
Eyni zamanda, İsraildəki Çin vətəndaşlarının da vəziyyəti yaxından izlənilir. Təhlükəsizlik tədbirləri çərçivəsində Çin hökuməti regionda yaşayan vətəndaşlarını ehtiyatlı olmağa və lazım gəldikdə təxliyə tədbirlərində iştirak etməyə çağırıb.
Gərginliyin daha da dərinləşməsi dünya ictimaiyyəti üçün regional deyil, qlobal təhlükə yarada bilər.
Nərmin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Paşinyan Parisdə Makronla görüşdü
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
XƏBƏR LENTİ
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası





