Böyük Britaniyanın yeni baş naziri Ser Keir Starmer G7 sammitində tərcüməçi ilə əl sıxma anında yaranan çaşqınlıq və Cənubi Koreya prezidenti Li Jae-myungla görüşdəki yöndəmsiz davranışı ilə gündəmə gəlib.
Milli.Az "dailymail"ə istinadla xəbər verir ki, Kanadanın Alberta bölgəsində keçirilən G7 sammitində Starmer rəsmi salamlaşmadan əvvəl Cənubi Koreya prezidentinin tərcüməçisi ilə qarışıq şəkildə əl sıxıb, daha sonra isə prezidentin arxasınca gəldiyini gec anlayaraq qısa müddət çaşqınlıq yaşayıb.
Görüşdən sonra çəkilən rəsmi fotoşəkillər zamanı Starmerin bir neçə saniyə yerini axtarması da kameralara düşüb.
Diplomatik çevrələrdə bu anlar təcrübəsizlik və diqqətsizlik kimi şərh olunsa da, hökumət nümayəndələri bu iddiaları əsassız adlandırıblar.
Fidan
Milli.Az