Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə sabah saat 10-dan etibarən qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Xaşa-Xuna bağlarının, Sabunçu rayonu üzrə isə N.İsmayılov, Sülh, Ərəblinski, R.Axundov, N.İsmayılov küçələrinin təchizatında müvəqqəti fasilə yaranacaq.
Milli.Az