Süni intellektlərlə işləyən klinika yaradıldı - Həkim yox, Aİ var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinli tibbi texnologiya startapı "Synyi AI" süni intellektin xəstələrə diaqnoz qoyduğu ilk klinikanı istifadəyə verib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, startap bu layihəni Səudiyyə Ərəbistanının Əl-Ahsa bölgəsində ölkənin Almoosa Sağlamlıq Qrupu ilə birgə həyata keçirib. Klinikanın əsas məqsədi - tibbi xidmətin ilkin mərhələsində insan həkimlərini süni intellektlə əvəz etməkdir.
"Dr. Hua" adlanan süni intellekt sistemi xəstələrlə qarşılıqlı əlaqəyə girərək onların simptomlarını toplayır, görüntüləri təhlil edir və sonda insan həkiminin nəzərdən keçirdiyi bir müalicə planı hazırlayır. Sözügedən sistem tablet kompüterlər vasitəsilə istifadə olunur. Əvvəlcə simptomlar toplanır, daha sonra suallar verilir və rentgen və kardioqram kimi nəticələr təhlil olunur. Nəticədə ortaya çıxan diaqnoz insan həkimi tərəfindən təsdiqlənərək rəsmiləşdirilir.
.png)
"Synyi AI"nin baş direktoru Zhang Shaodian bildirib ki, layihə süni intellektin təkcə köməkçi deyil, müstəqil diaqnostik gücə malik olduğunu nümayiş etdirməyi hədəfləyir.
Hal-hazırda klinikada yalnız tənəffüs yolları ilə bağlı 30-a yaxın xəstəlik - o cümlədən astma və faringit - diaqnoz qoyulur. Şirkət 2026-cı ilə qədər bu siyahını genişləndirməyi planlaşdırır.
Lakin bəzi tibb mütəxəssisləri süni intellektin insan həkimlərini əvəz edə bilməsi məsələsində ehtiyatlı yanaşırlar. Sinqapur Milli Universitet Xəstəxanasının baş məsləhətçisi Ngiam Kee Yuan, AI həkimlərinin hələ də yalnız ilkin səviyyədə fəaliyyət göstərdiyini bildirərək texnologiyanın real praktikada ehtiyatla tətbiq olunmalı olduğunu vurğulayıb.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir stəkan çay müalicəni puç edə bilər
-
Ülfət çimərlik geyimində fotolarını paylaşdı
-
DÇ-2026: İspaniya 1/4 finala yüksəlib
-
Futbolçular niyə içdikləri mayeni tüpürürlər? – Bunun elmi səbəbi var - (Video)
-
Bakıda avtomobil iki yerə bölündü - xəsarət alanlar var - Yenilənib (Video)
-
Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)
-
Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
-
Anar Bayramov Səbuhi Həsənova yüksək vəzifə verdi
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun
-
Yurgen Kloppdan Donald Tramp və FİFA-ya sərt reaksiya
-
Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti
-
Seyfəddin Rəhimov vəfat etdi
-
"İynə və dərmanlar arıqlamağa kömək etmədi"
-
Soyuducuya bir rulon tualet kağızı qoymağın faydası
-
Qarğıdalı ununda közlənmiş badımcan qızartması
-
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir
-
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO
-
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
-
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub (Video)





