“Starlink” qurğuları ölkəyə buraxılmır? - Rəsmi CAVAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, "Starlink" internet xidmətinin Azərbaycanda fəaliyyətə başlamasına baxmayaraq, sifarişçilərin sözügedən cihazı ölkəyə gətirmələrində problemlərlə üzləşdiyi iddia olunurdu. Belə ki, sözügedən qurğunun gömrükdə rəsmiləşdirilməsində süni əngəllərin yaradılmasının yekunda məhsulun sifarişçiyə gəlib çıxamamasına səbəb olması ilə bağlı iddialar yayılıb.
Yayılmış iddialarla bağlı Dövlət Gömrük Komitəsindən (DGK) Trend-in sorğusuna cavab olaraq bildirilmişdi ki, sifarişçi gömrükdə belə problemlə üzləşməməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) xüsusi icazə almalıdır.
Artıq yayılan iddialarla bağlı RİNN-də öz mövqeyini bildirib.
Belə ki, nazirlkdən Trend-in sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən avadanlıqlar "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, kosmik peyk rabitə vasitəsi kimi təsnifləşdirilib.
"Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 4-cü bəndinə əsasən, həmin əşyaların mülki dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir", - deyə məlumatda vurğulanıb.
Sadə dildə ifadə etsək, sifarişçi gömrükdə "Starlink" qurğularının ölkəyə keçirilməsində problemlərlə qarşılaşmaması üçün RİNN-dən xüsusi icazə almalıdır. Yalnız bundan sonra sözügedən avadanlıqlar istifadəçilər üçün əlçatan ola bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
XƏBƏR LENTİ
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu





