Texnologiya

Bu ölkə "TikTok" və "Telegram"ı qadağan edilə bilər

21 Dekabr 2024 00:37
Baxış: 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldova hakimiyyəti "TikTok" sosial şəbəkəsi və "Telegram" mesencerinin ölkədəki seçkinin nəticələrinə təsir etmək üçün istifadə olunacağı halda, onlardan istifadəni qadağan edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu "TV8" telekanalında bildirib.

O, Avropa İttifaqında belə platformaların fəaliyyətinin tənzimlənməsinin zəruriliyi ilə bağlı müzakirələrin getdiyini də diqqətə çatdırıb.

"Əgər görsək ki, bu platformalar bizim sorğularımıza cavab vermir və seçkinin nəticələrinə təhlükə yaranır, o zaman dövlət müdaxilə etməyə borcludur", - deyə Qrosu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.