Süni intellektdə inqilab: "ChatGPT" insan kimi düşünməyi öyrəndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"OpenAI" yeni modeli "ChatGPT o1"i təqdim edib. Bu model insan düşüncə prosesini təqlid edərək mühakimə yürütmək və məntiqi məsələləri həll etmək qabiliyyətinə malikdir. O, mürəkkəb tapşırıqları daha sadə addımlara bölür, müxtəlif yanaşmaları təhlil edir və səhvləri düzəldir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "3DNews" məlumat verib.
Bildirilir ki, "o1" modeli test və yarışlarda mütəxəssislərin nəticələri ilə müqayisə oluna biləcək nəticələr göstərib. Proqramlaşdırma sahəsində "o1" 2024-cü il Beynəlxalq İnformatika Olimpiadasında (IOI) 49-cu yeri tutub, "Codeforces" platformasında iştirakçıların 89%-ni üstələyib. Riyaziyyatda "o1" Amerika Riyaziyyat Olimpiadasının (AIME) seçim mərhələsində ABŞ-nin ən yaxşı 500 tələbəsi sırasına daxil olub.
Təbiət elmlərində model GPQA diamond testində kimya, fizika və biologiya sahəsində bilikləri qiymətləndirən doktorların və elmlər namizədlərinin nəticələrini üstələyib.
Tərtibatçılar qeyd edirlər ki, bu, modelin hər hansı elmlər namizədindən üstün olduğu demək deyil, lakin onun yüksək ixtisaslı mütəxəssislər səviyyəsində məsələləri həll etmək qabiliyyətini nümayiş etdirir.
"o1" modeli həmçinin MMMU və MMLU daxil olmaqla, intellekt və problemlərin həlli testlərində əvvəlki modelləri üstələyib. "OpenAI"nin məlumatına görə, "o1" məntiqi düşüncə ilə bağlı tapşırıqlarda "GPT-4o"dan əhəmiyyətli dərəcədə üstündür. AIME testlərində "o1" orta hesabla məsələlərin 83%-ni həll edib, "GPT-4o" isə 13%-ni.
Ancaq "o1" "GPT-4o"dan daha yavaş işləyir və onun xidməti daha bahadır. O, ensiklopedik biliklər baxımından "GPT-4o"dan geri qalır, veb səhifələri, faylları və şəkilləri emal edə bilmir.
Modelin uğuru yeni təlim alqoritmi - "düşüncə zənciri" ilə izah olunur. Bu, modelə səhvləri tanımaq və düzəltmək, mürəkkəb addımları daha sadələrə bölmək və müxtəlif yanaşmaları sınamaqla nəticələrini yaxşılaşdırmağa imkan verir.
"OpenAI" "o1-preview" modelinin ilkin versiyasını buraxıb. Bu, "ChatGPT"də istifadə üçün və API vasitəsilə tərtibatçılar üçün əlçatandır. "o1-preview"dən istifadənin qiyməti bir milyon giriş tokeni üçün 15 dollar və 1 milyon çıxış tokeni üçün 60 dollardır. "GPT-4o" isə müvafiq olaraq 5 və 15 dollara başa gəlir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"





