Texnologiya

"Chrome"da yeni funksiya

26 İyul 2024 22:18
Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" yüklənmiş fayllarda təhlükənin aşkarlanması sistemini və "Chrome" brauzerində virusların skan edilməsi alqoritmlərini yeniləyib. İndi brauzer faylların təhlükə dərəcəsini daha effektiv şəkildə müəyyənləşdirir və hətta parolla qorunan arxivləri skan edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, indi "Chrome" nəinki potensial təhlükə barədə xəbərdarlıq edir, həm də onu şübhəli və ya təhlükəli kimi təsnif edərək, faylın yükləməsini dayandırır. Genişləndirilimiş qorunma rejimində brauzer dərin skan etmək üçün şübhəli faylları avtomatik olaraq buludlara yükləyir.

"Google" iddia edir ki, bulud skanı zamanı təhdidlərin aşkarlanması ehtimalı 50 dəfə artır. İstifadəçilər şifrələnmiş arxivləri süni intellekt tərəfindən skan etmək üçün parol daxil etməklə yoxlaya bilərlər. Bu funksiya yalnız genişlənmiş qoruma rejimində mövcuddur, standart parametrlərlə isə yalnız faylların meta məlumatları skan edilir.

Şübhəli fayllar boz üçbucaqla, yüksək riskli fayllar isə qırmızı işarə ilə qeyd olunur. Yeniləmə artıq "Chrome" brauzeri istifadəçilərinin istifadəsinə verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.