Texnologiya

HUAWEI FreeBuds 6i: Gənclər üçün ideal TWS-qulaqlıqlar - FOTO

23 İyul 2024 10:35
Baxış: 2 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstər tələbələr, istərsə də müxtəlif sahələrdə çalışan peşəkarlar olsun, qadcetlərdən istifadə edərkən rahatlığı nəzərə alanlar, simsiz TWS (True Wireless Stereo) qulaqlıqlarına daha çox üstünlük verirlər. Bu qulaqlıqlar simsiz istifadə və mükəmməl səs keyfiyyətini təmin edən, öyrənmə, çalışma və oyun üçün ideal cihazlardır. HUAWEI FreeBuds 6i özündə gözalıcı dizayn, funksionallıq ve uyğun qiyməti birləşdirən mükəmməl bir seçimdir.

Kənarsəs Azaldıcıları və Səs Keyfiyyəti

HUAWEI FreeBuds 6i-nın əsas xüsusiyyətlərindən biri də Dynamic Intelligence ANC 3.0 aktiv kənar səs azaldıcı texnologiyasıdır. Bu texnologiya qulaqlıqların müxtəlif səs ssenarilərinə uyğunlaşmasına imkan verərək, gurultulu yerlərdə belə rahat musiqi dinləmə və səs aydınlığını təmin edir. Üç mikrofonlu sistem,   təkmilləşdirilmiş hesablayıcı güc və dörd maqnitli 11mm-lik dinamik yayıcı orta və aşağı tezlik diapazonlarının gurultusunun effektiv azalmasını təmin edir.

FreeBuds 6i-də mükəmməl səsi təmin etmək üçün adaptiv ekvalayzer istifadə edilir. Bu alqoritm real vaxt rejimində səs səviyyəsini, qulaq kanalının şəklini və qulaqlıqların mövqeyini nəzərə alaraq səsi optimallaşdırır. Nəticədə hər not və intonasiya maksimal dəqiqliklə ötürülərək musiqi aləminə nəfəs kəsən keçidi təmin edir.

Dizayn və Rahatlıq

HUAWEI FreeBuds 6i yalnız qabaqcıl texniki xüsusiyyətləri ilə deyil, gözalıcı dizaynı ilə fərqlənir. Erqonomik forması və yüngül çəkisi günboyu rahat istifadəni təmin edir. Mavi, ağ və qara rəngli qulaqlıqlar üslubunuza uyğun bir model seçməyə imkan verir.

HUAWEI FreeBuds 6i-nin əsas xüsusiyyətlərindən biri uzun batareya ömrü və sürətli şarj dəstəyidir. Bu xüsusiyyət istifadəçilərə tez-tez şarj etmədən musiqi və ya ünsiyyətdən zövq almağa imkan verir. Qulaqlıqların şarj qutusu yenidən şarj edilmədən 35 saata qədər işləyə bilir, 10 dəqiqəlik sürətli şarj isə 4 saatlıq istifadəni təmin edir. İki cihaza eyni vaxtda qoşulma xüsusiyyəti qadcetlər arasında keçid rahatlığını təmin edir, intuitiv jest idarəetməsi isə qulaqlıqların istifadəsini daha da rahat edir.

Qabaqcıl Texnologiya və Münasib Qiymət

HUAWEI FreeBuds 6i qabaqcıl texnologiyanın geniş istifadəçi spektri üçün necə əlçatan olmasının bariz nümunəsidir. Əlverişli qiymətə bu qulaqlıqlar daha bahalı modellərə xas xüsusiyyətləri təklif edir. İstifadəçi yüksək keyfiyyətli aktiv kənarsəs azaldıcı, güclü bas səsləri və uzun şarj ömrü əldə edir. Yenilikçi  kənarsəs azaldıcı texnologiyası, təkmilləşdirilmiş cihaz komponentləri ilə birlikdə, FreeBuds 6i-ni səsli bir kafedə, təyyarə salonunda yaxud metro kimi müxtəlif vəziyyətlərdə əvəzolunmaz edir. Maksimum konsentrasiya və rahat dinləməyə ehtiyac olan hər yerdə bu qulaqlıqlar əla işləyir.

Nəticə

HUAWEI FreeBuds 6i sadəcə qulaqlıq deyil, gənclər üçün əvəzolunmaz yoldaş olacaq gözalıcı və funksional bir aksessuardır.  Yenilikçi texnologiyası, gözalıcı dizaynı və münasib qiyməti ilə bu qulaqlıqlar, günümüzün istifadəçilərinin bütün ehtiyaclarını qarşılayaraq onlara ən yaxşı musiqi dinləmə və ünsiyyət təcrübəsini təqdim edir. Harada olursunuz olun, HUAWEI FreeBuds 6i sizə həyatınızın hər anında keyfiyyətli səs və rahatlıq verəcəkdir.

26 iyul tarixindən etibarən bu qulaqlıqları Azərbaycanın elektronika mağazalarında əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.