Texnologiya

2024-cü ilin ən populyar telefon markaları - SİYAHI

16 İyul 2024 20:28
Baxış: 3 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal telefon satışları 2024-cü ilin ikinci rübündə illik müqayisədə 6% artaraq, son üç ilin ən sürətli illik artım tempini müəyyənləşdirib. 

Lent.az xəbər verir ki, süni intellektin tətbiqi insanları telefonlarını təkmilləşdirməyə təşviq edir. Ekspertlər 2024-cü ilin sonuna qədər süni intellektlə işləyən cihazların ümumi smartfon bazarının 11 faizini təşkil edəcəyini gözləyirlər.

Nəticələrə görə, "Samsung" bazarın 20 faizini (5 faiz artaraq) tutaraq dünyada ən çox satılan smartfon brendi olaraq qalır.

Sonrakı yerdə 16 faiz (illik -1 faiz) payla Amerikanın "Apple" korporasiyası gəlir.

"Xiaomi" ilk 3 qlobal smartfon istehsalçısını bağlayır (22 faiz artım), ondan sonra "Vivo" (8 faiz) və "Oppo"dur (8 faiz).

İlk beş markanın ümumi payı ötən illə müqayisədə, əsasən "Huawei" və "Honor" kimi brendlərin təzyiqi ilə azalıb. Digər tərəfdən, ilk onluğa daxil olan brendlərin payı 90 faizə yaxındır.

"Apple"ın planlarında heç nə dəyişməzsə, "iPhone 16" seriyası sentyabrda təqdim olunacaq.  Eyni zamanda  iOS 18 də buraxılacaq , bu "Apple" tarixində ən əhəmiyyətli və əsas yeniləmələrdən biri adlanır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.