Texnologiya

AnchorHUAWEI nova 12i: Sərhədsiz İmkanlar Dünyasına Giriş - FOTO

1 İyul 2024 16:10
Baxış: 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər günün maraqlı hadisə və təəssüratlarla dolu olduğu dünyada o anları foto və videolarda əbədiləşdirərək başqaları ilə bölüşməyə imkan yaradan bir cihazın əlinizdə olması çox vacibdir. HUAWEI nova 12i smartfonu - axtardığınız həmin o cihazdır.

HUAWEI nova 12i sadəcə smartfon deyil, eyni zamanda sizin özünəməxsus tərzinizi yaradan bir ifadə vasitəsidir.

O, qabaqcıl texnologiya, dəbli dizayn və sərfəli qiyməti sayəsində sizə özünüzü kəşf etməyə, imkanlarınızı dərk edərək sərhədlərinizi genişləndirməyə imkan verir.

Tərz estetikası

Nova 12i fərdi tərzinizi vurğulayacaq dəbli cihazdır. Yeni nəsil kameranın orbit şəkilli halqası ahəngdarlıq və simmetriyanı təcəssüm etdirir. Smartfonun yaşıl və qara rənglərdə təqdim olunması isə sizə ən çox bəyəndiyinizi seçmək imkanı verir.

Rənglərlə dolu dünyanızı başqaları ilə bölüşün

RAW formatında çoxlu kadrları birləşdirə bilən alqoritmə malik  yüksək ayırdetmə qabiliyyətli 108 meqapiksellik kamera (1080x2388 piksel) istədiyiniz şəkildə fotolar çəkməyə imkan yaradır. İstər təbiət mənzərələri, istərsə də portretlər çəkərkən, HUAWEI nova 12i hər bir incə detalı nəzərə alaraq dəqiq və aydın təsvirlərlə sizi məmnun edəcək. 9-u 1-də rejimi sizə zəif işıqlanma şəraitində belə daha işıqlı və dəqiq fotoşəkillər təqdim edəcək. ZSL funksiyası sayəsində sürətli hərəkətlər zamanı çəkilən ani fotolarda yüksək keyfiyyət əldə edəcək və heç bir vacib anı qaçırmayacaqsınız.

Hər pikseldə möcüzə

HUAWEI nova 12i-nin 6,7 düymlük böyük ekranında vizual effektlər dünyasına qərq olacaqsınız. 270 Hz reaksiya tezliyi ekranın sürətli və hamar sürüşməsinə, oyun oynarkən çevik reaksiyalar göstərməyə imkan verir.

Ekranın 500 nitlik parlaqlığı sayəsində günəş şüaları altında belə smartfondan rahat istifadə edə bilərsiniz.

Smooth Dimming funksiyası isə ekran parlaqlığını ətraf mühitin işığına uyğunlaşdıraraq avtomatik tənzimləyir və beləliklə, gözlər ekranı daha rahat görür.

Şarj etmə özəlliyi

HUAWEI nova 12i ilə daimi şarj axtarışından azad olun. 5000 mAh güclü batareya sayəsində bir şarj sizi gün ərzində fasiləsiz işləmək imkanı ilə təmin edəcək. HUAWEI SuperCharge Turbo 40W sürətli şarj dəstəyi ilə siz smartfonunuzu cəmi 30 dəqiqə ərzində 62%-ə qədər enerji ilə təchiz edə bilərsiniz. Beləliklə, şarjdan narahatlığı unudun, rahatlıqla şəkil və videolar çəkin, oyunlar oynayın, dostlarınızla söhbət edərək gününüzü gözəl keçirin.

Yeni EMUI 14 interfeysi

EMUI 14 interfeysindən sadəcə görünüş və rahatlığına görə deyil, eyni zamanda məlumatlarınızın qorunması və məxfiliyinin saxlanma səviyyəsinə görə çox razı qalacaqsınız. İndi şəxsi məlumatlarınızın etibarlı şəkildə qorunduğuna əmin ola bilərsiniz. EMUI 14 həmçinin bir çox yeni funksiyalar təqdim edərək smartfondan istifadəni daha rahat və maraqlı edir.

Bir sözlə, HUAWEI nova 12i-ni əldə edərək sərhədsiz imkanlar dünyasına giriş əldə edəcəksiniz.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.