Texnologiya

Vatsapla bağlı əhaliyə rəsmi müraciət

26 Oktyabr 2023 08:00
Baxış: 4 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETX) Vatsap proqramında istifadəçi təhlükəsizliyi ilə bağlı məlumat paylaşıb.

Milli.Az bildirir ki, məlumatda istifadəçi hesabına bağlı olan cihazların mütəmadi yoxlanılması tövsiyə olunur.

"Vatsap hesabınızın təhlükəsizliyini təmin etmək üçün hesabınıza bağlı olan cihazları mütəmadi olaraq yoxlayın. Əgər bu bölmədə şübhəli görünən və ya tanımadığınız cihaza rast gəlmisinizsə, həmin cihazdan çıxış edin", - deyə bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.