2012-ci ilin martından Avirtel, Aile TV, Aile Net, KATV1 (kabel televiziyası və İnternet) və Megatelecom müştəriləri ödəniş terminalları və PayPoint ödəniş məntəqələri vasitəsilə balanslarını artırmaq və borclarını ödəmək imkanı əldə ediblər. Bu operatorların müştərilərinin xidmətinə 400-dən artıq terminal və 1000 ödəmə nöqtəsi verilib.
Ödəniş etmək üçün PayPoint köşklərndən birinin ekranında müvafiq bölməyə ("İnternet" və ya "Kabel TV") daxil olmaq, öz opretorunu seçmək, logini, yaxud müqavilənin nömrəsini daxil etmək və lazımi məbləği yükləmək kifayətdir. Daxil olunan nömrə şəbəkədə yoxlanılacaq və uğurla həyata keçmiş ödəmədən bir neçə saniyə sonra müştəriyə müvafiq qəbz təqdim olunacaq.
"PayPoint ödəmə xidməti vasitəsilə ödənişlərin edilməsi mümkün olan opreratorların siyahısı getdikcə artır. Artıq belə təşkilatların sayı 30-dan artıqdır. Bu xidmət vasitəsilə kommunal ödənişləri də həyata keçirmək mümkündür. Bu, istifadəçilərimiz üçün ciddi üstünlükdür. Onlar bir neçə xidmətə görə bir nöqtədə ödəniş həyata keçirməklə, vaxtlarına xeyli qənaət edəcəklər", - deyə PayPoint-dən bildiriblər.
Tezliklə PayPoint vasitəsilə bank kreditlərinin ödənilməsi, depozitlərin artırılması, həmçinin dövlət qurumlarına ödənişlər də həyata keçiriləcək. Perspektivdə bank kartları vasitəsilə ödənişlərin də sistemə daxil edilməsi nəzərdə tutulub.
Hər bir müştəri ödəniş nöqtəsinin rəmzi olan bu loqotipi (mərkəzində ağ dairə olan narıncı dördbucaq) görən zaman göstərilən xidmətdən istifadə edə, seçdiyi xidmətə görə balansını artıra bilər.
PayPoint köşkləri vasitəsilə elektrik enerjisi, qaz, su, stasionar telefondan istifadəyə görə borcların ödənməsi, bütün mobil operatorlara məxsus nomrələrin balansına pul qoymaq, kabel televiziyası və internet provayderlərə ödənişlər etmək mümkündür.
PayPoint ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, Bakıdan və Azərbaycanın digər şəhərlərindəki aeroport və vağzallarda quraşdırılıb.
Milli.Az
Texnologiya
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
PayPoint-dən xəbər: Avirtel, Aile TV, Aile Net, KATV1 və Megatelecom xidmətlərinə görə ödəniş
19 Mart 2012 15:47
Baxış: 1 541

DİGƏR XƏBƏRLƏR
-
Fransada "X" platformasına qarşı cinayət işi açıldı
-
Süni intellektlə idarə olunan restoran açılır – "Yeməkləri Aİ hazırlayacaq"
-
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
-
"WhatsApp"da yeni funskiya - Söhbətlərimizə nəzarət olunacaq
-
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO
-
Yaponiyada internet sürəti rekordu: “Netflix”in arxivi 1 saniyədə 30 dəfə endirilə bilər
XƏBƏR LENTİ
-
İranda itkin düşdü
-
Bu Avropa ölkəsi qırıcılarını təcili havaya qaldırdı
-
Modriç "Real"la vidalaşdı: Ardaya elə hədiyyə verdi ki... - VİDEO
-
Azərbaycanda hiss olunan zəlzələ oldu
-
Xalq artistinə külli miqdarda DƏLƏDUZLUQ: milyonlarla ziyana düşdü
-
Haaland İzabella ilə belə dincəlir - FOTOlar
-
Nəsrin tül geyimi ilə diqqət çəkdi - FOTOlar
-
Ronaldo ailəsi ilə 7 milyonluq dəbdəbəli YAXTASINDA - FOTOlar
-
Şəkəri salan ucuz vasitə
-
Paraplanla uçmaq üçün hansı qaydaları bilməliyik?
-
Qadınlar bu hədiyyələri alsalar, bədbəxt olacaqlar
-
Hadisə makiyajsız belə görünür - TƏƏCCÜBLƏNDİLƏR - FOTO
-
Qarpız tumları təbii "viaqra"dır?
-
Azərbaycandan tarixi uğur
-
22 yaşlı qızda xərçəng aşkarlandı
-
Azərbaycanda seysmik risklər - Xəritələr yeniləndi
-
Qərb Ukraynaya silah tədarükünü bərpa etdi
-
Günün qoroskopu: İş yoldaşları ilə gərginlik ola bilər, sakit qalın
-
70 qəpiyə satılan "ölüm içkiləri"
-
Çin avtomobilləri almaq istəyənlərin nəzərinə!
-
İstidən yata bilməyənlərin nəzərinə - Həkim qeyri-adi üsul açıqladı
-
Əsəb və stresin yaratdığı 7 xəstəlik
-
"Qarabağ" növbəti transferini açıqladı
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür